Samuel Eto'onun adı manipulyasiyada hallanır

post-img

Dünya şöhrətli futbolçu Samuel Etoonun adı bir sıra oyunların alqı-satqısında hallandırılır. Bu barədə “Mynet.com” portalı məlumat yayıb. Hətta mənbə qeyd edir ki, Samuel Eto'onun telefon danışığının səs yazıları sızdırılıb. 

Əfsanəvi futbolçunun bunu klub prezidenti ilə məsləhətləşərək etdiyi müəyyənləşib. O, klub prezidentinə liqaya bir komandanın yüksələcəyinə dair söz verib. Samuel Eto'onun səs yazısında deyilir: “Hakimi sıradan çıxaracağam”.

Fransanın “L'Equipe” nəşri isə yazır ki, Eto'o “Viktoriya Yunayted” futbol  komandasının oyunlarını manipulyasiya edib. Onun “Viktoria United”  klubunun prezidenti Valentine Gwain ilə telefon məsləhətləşməsi, iki prezidentin “Viktoria United”in hazırkı vəziyyəti ilə bağlı məsləhətləşdiklərini göstərən səs yazılarında hər şey üzə çıxır. Hətta Eto'onun ölkədən kənarda olduğu və bu il yanvarın 4-də Kameruna gələcəyi deyilir. 

Qeyd edək ki, hazırda Kamerun Futbol Federasiyasının prezidenti olan Samuel Eto'o Türkiyədə  “Antalyaspor” və “Konyaspor”  formaları ilə də çıxış edib. Futbol karyerasında “Barselona”, “İnter”, "Çelsi" kimi komandaların şərəfini qoruyan Samuel Eto'o  vurduğu qollarla adını həmin komandaların tarixinə yazdırıb. 

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman