Fələstin və İsrail liderləri Türkiyəyə gedəcəklər

post-img

İsrailin Baş naziri Binyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbas gələn həftə Türkiyəyə səfər edəcəklər. Bu barədə Türkiyə prezidentinin administrasiyasından bəyan edilib. Məlumatı “Anadolu” verib.

Məlumata görə, Fələstin lideri Türkiyəyə iyulun 25-də gedəcək. Üç gün sonra, iyulun 28-də isə Netanyahu Ankarada olacaq. Onları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəvət edib. 

Fələstin lideri ilə Türkiyə-Fələstin münasibətləri, İsraillə münaqişə və bir sıra digər beynəlxalq və regional məsələlər müzakirə olunacaq. 

“Türkiyə və İsrail liderləri isə ölkələr arasında münasibətlər, əməkdaşlığın inkişafı üçün atıla biləcək addımlar,eləcə də aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”. 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Dünya