Gürcüstan Rusiya ilə diplomatik əlaqələrin bərpasını müzakirə etmir

post-img

Gürcüstan və Rusiya arasında diplomatik münasibətlərin bərpası məsələsi hazırda müzakirə olunmur. Bu barədə Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bəyan edib. Məlumatı “İzvestiya.ru” yayıb.

Abaşidze deyib: “Təəssüf ki, bu məsələ, ümumiyyətlə, gündəlikdə deyil”. 

O, əlavə edib ki, Rusiya və Gürcüstanda ticarət nümayəndəliklərinin yaradılması məsələsinə baxılmır. Onsuz da hər iki ölkə iqtisadi əlaqələri inkişaf etdirir. 

“Ticarət-iqtisadi əlaqələr əslində 2013-cü ildən artmaqdadır. 2012-ci ilə qədər bu əlaqələr, ümumiyyətlə, qırılmışdı, ancaq 2013-cü ildən etibarən biz bu əlaqələri addım-addım bərpa etdik”, – deyə Abaşidze qeyd edib. 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Dünya