ABŞ Hörmüz boğazına iki desant gəmisi göndərib

post-img

ABŞ İranın hərəkətlərinə cavab olaraq Hörmüz boğazına iki desant gəmisi  (İSS Bataan və USS Carter) göndərir. Bununla da Vaşinqton regionda hərbi mövcudluğunu gücləndirmək niyyətindədir. Məlumatı ABŞ-ın Müdafiə Nazirliyinə istinadən “İnterfaks.ru” verib. 

Pentaqondan bildirilib ki, müdafiə naziri Lloyd Ostin artıq Hörmüz boğazındakı F-35, F-16 və USS Thomas Hudner (DDG-116) raketləri ilə təchiz olunmuş gəmi kimi hərbi güclərə əlavə olaraq iki yeni gəminin göndərilməsi ilə bağlı əmr verib.

Qeyd edlib ki, bu addımlar bir qədər əvvəl İranın Hörmüz boğazında və ətraf sularda azad ticarət axınını hədələmək cəhdlərinə cavab olaraq atılır. 

Məlumatda deyilir: “Bununla ABŞ regionda gəmilərin azad hərəkətini təmin etməyə və İranın destabillik yaratmaq cəhdlərinin qarşısını almağa sadiq qaldığını nümayiş etdirir”. 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Dünya