Azərbaycan Basketbol Federasiyasından "Xalq qəzeti"nə bildirilib ki, 16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Andorrada keçirilən Avropa çempionatının "C" Divizionunda yarımfinal mərhələsinə yüksəlib.
Belə ki, U-16 millimiz "B" qrupundakı son oyununda yerli komandanı məğlub edərək buna nail olub.
Yeri gəlmişkən, gərgin keçən görüşdə 69:64 hesablı qələbə qazanan Azərbaycan seçməsi qrupu birinci pillədə başa vurub.
Qızlar yarımfinalda Gürcüstanla qarşılaşacaqlar. İyulun 22-də baş tutacaq matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Elçin ABBASOV,
"Xalq qəzeti"

