“Qarabağ”ın parlaq qələbəsi

post-img

“Qarabağ”la Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Ağdam təmsilçisi rəqibi üzərində inamlı qələbə qazanıb. 

Qurban Qurbanovun kollektivi Bakı Olimpiya Stadionunda keçirilən görüşdə Cəbəllütariq çempionu “Linkoln”un qapısından 4 cavabsız qol keçirib. Albaniyalı hakim Eldorjan Hamitinin idarə etdiyi oyunda qolları Abdullah Zubir, Bəhlul Mus­tafazadə, Redon Cica və Marko Yankoviç vurublar. 

Qeyd edək ki, bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanmışdı. 

Bununla da, II təsnifat mərhələsinə yüksələn “Qarabağ” burada Polşa çempi­onu “Rakuv”a rəqib olub. İlk oyun iyulun 26-da Polşada olacaq. 

 

L.QURBANOVA, “Xalq qəzeti”

İdman