Ağdamın “Qarabağ” futbol klubu sabah Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsinin cavab matçı çərçivəsində “Linkoln” (Cəbəllüttariq) komandasını qəbul edəcək. Qarşılaşma yerli vaxtla saat 20:00-da baş tutacaq.
Xatırladaq ki, “Qarabağ” ÇL-in I təsnifat mərhələsinin ilk oyununda səfərdə “Linkoln”a 2:1 hesabı ilə qalib gəlib. Yeri gəılmişkən, Qurban Qurbanovun yetirmələri həmin görüşün birinci hissəsində hesabda 1:0 geri düşsələr də, ikinci yarıda Redon Cica və Yassin Benzianın qolları ilə qələbə qazanınlar.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”