Basketbol üzrə U-16 millimiz Avropa Çempionatına yollanır

post-img

19-27 iyul tarixlərində Kosovanın Priştina şəhərində 16 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatı “C” divizionun oyunları baş tutacaq. “B” qrupunda qərarlaşmış U-16 millimiz, Albaniya, Kipr, Ermənistan və San Marino seçmələrinə qarşı mübarizə aparacaq. Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu iyulun 19-da Bakı vaxtı ilə saat 17:00-da Kipr yığmasına qarşı olacaq.

Qeyd edək ki, Avropa Çempionatının bütün oyunları FİBA -nın rəsmi “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman