“Qarabağ”ın Cəbəllütariq qələbəsi

post-img

Dünən UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib. 

Ağdam təmsilçimiz ilk oyununda səfərdə Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açsa da, "Qarabağ" 2:1 hesabı ilə qalib gəlib. Qələbə qolunu 90+4-cü dəqiqədə "Qarabağ"ın yeni transferi Yas­sin Benzia vurub. 

Xatırladaq ki, cavab görüşü iyulun 19-da Bakı Olimpiya Stadionunda keçi­riləcək.

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman