Atletlərimiz Finlandiyada 6 medala sahib olublar

post-img

Finlandiyanın Tampere şəhərində keçirilən veteranların Avropa Oyunla­rında komandamız yarışı 2 qızıl və 4 gümüş medalla başa vurublar.

Sadıq Sadıqov 65 yaşlı kişilərin yarı­şında 1500 metr məsafəyə qaçışda qızıl, 400 və 800 metrdə isə gümüş medala sahib olub. Faiq Bağırov qırx beş yaşlı idmançıların mübarizəsində 10 kilometr məsafəyə idman yerişində qızıl medal qazanıb, uzunluğa tullanma yarışında isə ikinci yeri tutub. Qadınlar arasında 65 yaş kateqoriyasında nizə atma yarışında Ta­milla Bünyadova isə gümüş medal alıb. 

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman