Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov III Avropa Oyunlarında qızıl medal qazanıb.
Yarışda 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda İtaliya təmsilçisi Damiano Tramontana ilə üz-üzə gəlib.
Fərid Ağamoğlanov rəqibinə 3:0 hesabı ilə qalib gələrək Avropa Oyunlarında birinci olub.
"Xalq qəzeti"