Bakıda MINEPS VII konfransı başa çatıb

post-img

Bakı Konqres Mərkəzində təşkil olunan Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) öz işini başa çatdırıb. 

Konfransın yekunlarına həsr olunan edilmiş mətbuat konfransında gənclər və idman naziri Fərid Qayıbov konfransın ümumilikdə 4 gün davam etdiyini və ötən günlər ərzində bir çox məsələlərin müzakirə edildiyini bildirib. Nazir qeyd edib ki, konfransın sonunda “Bakı sənədi” imzalanıb. Tədbirdə iştirak etmək üçün Bakıya bir çox xarici ölkələrdən nazirlər gəliblər. 

“Bu tədbir idman dünyası üçün çox əhəmiyyətli oldu”, – deyə o əlavə edib.

UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos Azərbaycana yüksək gözləntilərlə gəldiklərini deyib. Bakıdakı konfransın nəticəsinin düşündüklərindən daha uğurlu olduğunu bildirən Qabriela Ramos vurğulayıb ki, konfrans zamanı gender bərabərliyini, gənclərin inkişafı, afrikadakı gənclərin vəziyyəti və s. barədə danışıqlar aparılıb. Bildirilib ki, COVID-19 pandemiyasından sonra bu mövzuda təşkil olunan ilk tədbir kimi bu konfrans tarixə düşdü. Günümüzdə gənclərin idmanla kütləvi məşğul olmaması faktdır. Azərbaycan hökuməti bütün dünyaya səslənərək idmanın kütləviliyini təmin etmək istiqamətində birləşməyə çağırıb. 

Tədbirin sonuncu günündə “İdmanın inkişafında xeyriyyəçilərin və fondların rolu”, “İdmanda gender bərabərliyi” kimi mövzular müzakirə olunub, həmçinin “Fit for Life” Alyansı qəbul edilib.

Sonda konfransın yekun Sənədi (Baku Outcome Document) qəbul olunub.



İdman