Azərbaycan gimnastika tarixində daha bir ilk

post-img

İyunun 17-25-də Almaniyanın Berlin şəhərində 190 ölkədən 7 min xüsusi olimpiyaçının iştirakı ilə 26 idman növü üzrə Dünya Xüsusi Yay Olimpiya Oyunları keçiriləcək. 

Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Oyunlarda ölkəmizi bə­dii gimnast Mehriban Tağıyeva təmsil edəcək. 

İdmançımız ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent) və çoxnövçülük proqramında bacarığını nümayiş et­dirəcək. 

İyunun 10-da Milli Gimnastika Are­nasında idmançımızın yarışqabağı yoxlama məşqi keçirilib. Media nü­mayəndələri üçün açıq olan məşqdə gimnast yarış proqramını nümayiş et­dirib. 

Xatırladaq ki, ölkəmizdə 2017-ci ildən etibarən gimnastika üzrə Xü­susi olimpiya proqramı tədris olunur. Ötən ilin oktyabr ayında Azərbaycan Gimnastika Federasiyası tərəfindən ölkəmizə dəvət olunmuş yunanıstanlı mütəxəssis Sofiya Bura Xüsusi Olimpi­ya üzrə məşqçilik və hakimlik kursları keçib.

L.QURBANOVA, “Xalq qəzeti”

İdman