“Paris-2024” Olimpiadasının məşəlinin alovlandırılması mərasiminin vaxtı bəlli olub.
Mərasim gələn il aprelin 16-da Yunanıstanın Olimpiya şəhərində təşkil ediləcək. Həmin vaxt yarışın açılış mərasiminə 101 gün qalacaq.
Sonra isə estafetə start veriləcək və təxminən bir həftə ərzində Afinaya çatdırılacaq. Məşəlin oradan Aralıq dənizi vasitəsilə üçdirəkli “Belem” gəmisi ilə yola salınması nəzərdə tutulub. Mayın 8-də gəmi Olimpiya Oyunları zamanı futbol və yelkən yarışlarına ev sahibliyi edəcək Marselə çatacaq. Daha sonra məşəl estafeti bütün Fransanı əhatə edəcək.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimi gələn il iyulun 26-da olacaq.

