Xanoğlan Kərimov da mübarizəni dayandırdı

post-img

Bu gün Kristal Zalda keçirilən taekvondo üzrə dünya çempionatında 65 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan daha bir idmançımız səkkizdəbir final mərhələsində mübarizəni dayandırıb.

Qeyd edək ki,  altmışdörddəbir finalda portuqaliyalı Alfredo Martinsi məğlub edən Xanoğlan Kərimov ikinci döyüşündə, yəni, otuzikidəbir final çərçivəsində Səudiyyə Ərəbistanı təmsilçisi Zakariya Muhammed Qalini də məğlub edib. Lakin X. Kərimov onaltıdabir finalda danimarkalı Tobias Hittelə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-dək davam edəcək. İndiyədək  dayanq üzərinə çıxan Azərbaycanın taekvondoçuları çempionatı medalsız tərk ediblər.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman