Bu gün Xanoğlan Kərimov mübarizəyə başlayır

post-img

Bu gün dünya çempionatında Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov mübarizəya başlayacaq. 65 kq çəki dərəcəsində dayanq üzərinə çıxacaq həmyerlimiz altmışdörddəbir final mərhələsində Portuqaliya taekvondoşusu Alfredo Martinsi sınağa çəkəcək.

Yeri gəlmişkən, bu gün həm də qadın taekvondoçular +73 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

Xatırladaq ki, mayın 29-dan start götürən dünya çempionatı iyunun 4-də, bazar günü başa çatacaq. Son günədək Azərbaycanın daha 6 taekvondoçusu çempionatda mübarizəyə qoşulacaq. 6 taekvondoçumuz isə çempionatı medalsız tərk edib.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman