Ukraynaya yeni silah-sursat və texnika paketi göndəriləcək

post-img

ABŞ Ukraynaya yeni silah və texnika paketi təqdim edəcək.

Ağ Ev-in məlumatında göstərilir ki, hərbi yardım paketinə "Patriot" zenit-raket kompleksləri, həmçinin HİMARS çoxsaylı raket  buraxılışı sistemləri üçün sursatlar daxil olacaq. 

Bundan başqa, yardıma "Avanger" və "Stinger" hava hücumundan müdafiə sistemləri, tank əleyhinə silahlar da daxildir.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya