ABŞ Ukraynaya 6 milyard dollarlıq yardım göstərib

post-img

Ukrayna Maliyyə Nazirliyinin məlumatında ABŞ-ın bu ölkəyə böyük məbləğdə maliyyə yardımı göstərdiyi bildirilir.

Məlumata görə, ABŞ-dan Ukraynaya göstərilən yardım əsasən Dünya Bankının bir çox donorları vasitəsilə həyata keçirilib və 1,25 milyard dollar təşkil edib. 

Bununla, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək ABŞ Ukraynaya 6 milyard dollar maliyyə yardımı göstərmiş olub.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya