Əliəskər Əliyev mübarizəni dayandırdı

post-img

Bu gün Kristal Zalda taekvondo üzrə sayca 26-cı dünya çempionatının üçüncü gününün görüşləri keçirilir. 80 kq çəki dərəcəsində mübarizə aparan Əliəskər Əliyev səkkizdəbir final döyüşündə  kolumbiyalı Migel Trejos Salasla qarşılaşıb. Gərgin keçən mübarizədə rəqib 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Əliəskər Əliyev isə mübarizəni dayandırıb. Bununla da milli komandanın heyətində dördüncü idmançı çempionatla vidalaşıb.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman