Yelkənçilərimiz “Baku Sailing Regatta-2023”də

post-img

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Baku Sailing Regatta-2023” keçirilir.


Dünən startı verilən və xarici idmançıların da qatıldığı yarışda, ümumilikdə, 39 yelkənçi altı sinif (“Optimist”, “Optimist Qızlar”, “Optimist Junior”, “ILCA 4”, “ILCA 6”, “ILCA 7”) üzrə mübarizə aparır. 
“Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında (Yaxt klub ərazisində) təşkil olunan turnir mayın 28-dək davam edəcək. 
Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun təşkilatçılığı ilə keçirilir.


Leyla QURBANOVA, 
“Xalq qəzeti”

İdman