Təzə kartofun faydası

post-img

Təzə kartof C vitamini və böyük miqdarda kalium ilə zəngindir. Bu, yaşlı insanların ürək-damar sistemi üçün çox faydalıdır.
Mütəxəssislər tibbi saytlara istinadla bildirirlər ki, hazırda təzə kartofun mövsümüdür. Bu qida məhsulu orta miqdarda hətta şəkərli diabeti olan yaşlı insanların rasionuna da daxil edilə bilər.
Təzə kartof qabığı ilə qəbul edildikdə daha faydalıdır, çünki o bağırsaq üçün faydalı olan lif və mineral maddələrlə zəngindir. Həmçinin onun qabıqla közdə, yaxud sobada bişmişi ürək qidalanması üçün xüsusilə faydalıdır.


Z.HÜSEYNOVA, 
“Xalq qəzeti” 

Sosial həyat