Şəhla Allahverdiyeva yarımfinalda

post-img

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə dörddəbir final mərhələsinə yekun vurulub. Döyüşlərin yekununa əsasən, Azərbaycan millisinin 1 boksçusu qələbə qazanıb. 

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən “Xalq qəzeti.az”a  bildirilib ki, 66 kiloqram çəki dərəcəsində rinqə çıxan Şəhla Allahverdiyeva Asuteya Ausiuteni (Litva) 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib. Şəhla Allahverdiyeva finala gedən yolda fransalı Fatia Benmessahellə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

 “Xalq qəzeti”

İdman