İndi "Şamaxı"nın taleyi öz əlindədir

post-img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub. Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, bu gün çempion "Qarabağ" doğma divarlar arasında "Sumqayıt"a uduzub. Belə ki, oyuna daha fəal başlayan qonaqlar birinci hissənin 33-cü dəqiqəsində Vüsal İsgəndərli, 39-cu dəqiqədə isə Səbuhi Abdullazadənin qolu ilə "Qarabağ"ı məyus ediblər. Çempion ikinci hissədə nə qədər çalışsa da, bu toplardan yalnız birinin əvəzini çıxa bilib. Oyunun 88-ci dəqiqəsində "Qarabağ"ın heyətində Riçard Almeyda fərqlənib.

Beləliklə, "Sumqayıt" klubu "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib. Bu görüşdən sonra "Qarabağ"ın turnir cədvəlində 87, yeddinci yerdəki "Sumqayıtın isə 31 xalı var.

Turun digər oyunda "Turan Tovuz" klubu "Səbail"i qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu görüşdən sonra "Turan Tovuz" 39 xalla turnir cədvəlində altıncı yerdədir. 26 xalı olan "Səbail"  isə doqquzuncu aıradadır.

Çempionatın daha bir maraqlı qarşılaşması Şamaxıda baş tutub. Belə ki, heyəti tam yerli futbolçulardan təşkil olunan "Şamaxı"  klubu doğma meydanda "Qəbələ"ni qəbul edib. Matçdan öncə oyunun favoriti "Qəbələ" komandası sayılsa da, həmin görüşdə 0:0 hesablı heç-heçə qeydə alınıb. Bu oyundan sonra turnir cədvəlində 49 xalı olan "Qəbələ" klubu dördüncü, 25 xalı olan "Şamaxı" komandası isə sonuncu yerdədir.

Turun daha bir qolsuz matçı "Sabah"  və "Zirə" klubları arasında baş tutub. Belə ki, "Sabah" klubu bütün cəhdlərinə rəğmən "Zirə"nin müdafiə səddini aşa bilməyib. Beləliklə, qolsuz heç-heçə ilə yekunlaşan görqşdən sonra ikinci pillədəki  "Sabah"ın 81, beşinci yerdəki "Zirə"nin isə 47 xalı olub.

Qeyd edək ki, Premyer Liqada avrokuboka dördüncü vəsiqə və çempionatı tərk edəcək komanda XXXVI turda müəyyənləşəcək. Belə ki, hazırda 47 xalı olan "Zirə" komandası sonuncu səfərdə "Sumqayıtla görüşəcək. Həmin görqşdə "Zirə" qazanacağı və "Qəbələ" klubu isə son turda məğlub olacağı təqdirdə avrokuboka 4-cü vəziqə Bakı təmsilçisinə qismət olacaq. Əks təqdirsə isə "Qəbələ" son turda doğma meydanda "Turan Tovuz"la heç-heçə və yaxud qələbə qazanacağı təqdirdə avrokuboka vəsiqəni təmin etmiş olacaq. 

Çempionatda qalmaq uğrunda mübarizəyə gəldikdə isə deyə bilərik ki, "Şamaxı"nın taleyi hazırda öz əlindədir. Belə ki, hazırda 9-cu yerdəki "Səbail"lə son sıradakı "Şamaxı" klubunu turnir cədvəlində olduğu kimi hesab baxımından rəqibdən bir xal geridədir Bu baxımdan da deyə bilərik ki, artıq "Şamaxı"nın taleyi öz əlindədir. Belə ki, "Şamaxı" klubu son görüşdə qələbə qazanarsa, "Səbail" klubu Premyer Liqa ilə vidalaşacaq. 

Onu da əlavə etmək istəyirəm ki, "Şamaxı" klubu cari mövsümdə doğma meydanda Emil Qasımovun və Amil Yunanovun vurduğu qollarla  bir dəfə "Səbail"i 2:1 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, turun ilk matçında "Neftçi" "Kəpəz"i 3:1 hesabı ilə üstələyib.

Elçin ABBASOV,
"Xalq qəzetİ"

İdman