Çin millisi "Astara" mərhələsində çempion oldu

post-img

Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının  "Astara" mərhələsinə yekun vurulub. Belə ki, dörddəbir final mərhələsindən sonra Ukrayna, Çin, Avstriya və və Misir milli komandaları yarımfinala yüksəliblər.

Yarımfinal görüşləri çərçivəsində Ukrayna Çin millisi ilə, Avstriya isə Misir seçməsilə qarşılaşıb. Yarımfinal görüşündə Çin seçməsi Ukraynaya 19:17, Misir yığması isə Avstriya millisinə 21:14 hesabı ilə qalib gəliblər. 

Beləliklə, finalda Çin və Misir komqndaları görüşüblər. Daha üstün oyun nümayiş etdirən Çin millisi rəqibi 21:15 hesabı ilə məğlub edib.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"



İdman