Emin Əmrullayev: "Seriya kvalifikasiya xallarını toplamaq baxımından uyğun yarışdır".

post-img

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsində iştirak edən Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev media nümayəndələrinin suallarını cavablandırıb. 

"Təbii ki, yarış haqqında bütün fikirlər müsbətdir. O, mənada ki, bu yarış bir neçə məqsədə xidmət edir. Həm Azərbaycanda ilk dəfə keçirilməsi, həm qadın basketbolunun inkişafına xidmət etməsi, həm Azərbaycanın nisbətən ucqar bölgəsi olan Astara şəhərində təşkil olunması, həm də milli komandanın Olimpiada hazırlığı baxımından çox vacib turnir idi. İnanıram ki, bu turnir həm də yerli azarkeşlər üçün də çox fərqli bir təcrübə oldu". 

Federasiya prezidenti qeyd edib ki, "Astara" mərhələsi yarışın 19 mərhələsindən biridir: "Bu Seriya FİBA-nın Olimpiadaya seçimi üçün zəruri şərt sayılan kvalifikasiya xallarını toplamaq baxımından uyğun yarışdır".

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman