Azərbaycan millisi "Yuanda" ilə bacarmadı

post-img

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi çərçivəsində növbəti oyun Azərbaycan ilə Çin təmsilçisi "Yuanda" klubu arasında olub.

İlk dəqiqələrdən "Yuanda" klubunun üstünlüyü aşkar hiss olunmağa başlayıb. Belə ki, dördüncü dəqiqəyədək hesab 7:1  "Yuanda"nın üstünlüyü şəraitində keçib. İlk beş dəqiqə isə yenə də Çin təmsilçisinin 9:4 üstünlüyü ilə başa çatıb.

Sonrakı dəqiqələrdə də üstün oyun nümayiş etdirən "Yuanda" klubu Azərbaycan seçməsini 21:9 hesabı ilə məğlub edib.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman