Ukrayna Misir millisini məğlub etdi

post-img

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi çərçivəsində növbəti oyun Ukrayna və Misir milli komandaları arasında olub.

Bu qarşılaşmadan əvvəl hər iki komanda keçirdiyi birinci görüşü qələbə ilə başa vurduğu üçün meydanda əzmkar oyunun şahidi olduq. Belə ki, 2 dəqiqədə 1 basket atan Ukrayna millisi rəqibin basket atmasına heç cür imkan vermirdi. Müdafiə və hücum xarakterli oyun nümayiş etdirən Ukrayna seçməsi ilk 4 dəqiqəni 5:0 hesabı ilə tamamladı. İlk beş dəqiqə isə 9:7 hesabə ilə yekunlaşdı.

Oyunda təşəbbüsü tədricən ələ keçirən Misir seçməsi son 4 dəqiqə qalmış hesabı 9:9 etməyi bacardı. Lakin Ukrayna millisi son dəqiqələrdə ardıcıl basketlər sayəsində  20:12 hesabı ilə Misir yığmasına qalib gəldi. 

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman