Astara mərhələsində bu gün 12 oyun keçiriləcək

post-img

Bu gün Astarada start götürəcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi çərçivəsində 4 qrup üzrə 12 komanda mübarizə aparacaq. Eyni zamanda, azarkeşlər A,B C və D qruplarının hər birində 3 oyun olmaqla 12 qarşılaşmaya şahidlik edəcəklər.

Qeyd edək ki, Almaniya, Ukrayna, Misir A, Çin, Çexiya, Avstriya B, Polşa, “Yuanda” klubu (Çin), Azərbaycan C,  Rumıniya, Macarıstan və "Neftçi" (Azərbaycan) klubu D qrupunda mübarizə aparacaqlar.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman