Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən paraüzgüçülük üzrə dünya seriyası yarışında millimiz 4 gümüş medal qazanıb.
Təmsilçilərimizdən Raman Saley 100 və 50 metrəyə arxasıüstə, 100 metrəyə butterfly üsulu ilə, Vəli İsrafilov isə 200 metrəyə brass üsulu ilə üzmə yarışlarında gümüş medala sahib çıxıblar.
Millimizin digər üzvü Könül Süleymanova 100 metrəyə arxasıüstə üzmə növündə dünya çempionatına lisenziya əldə edib.

