Türkiyəli məşqçi ilə 3 aylıq müqavilə bağlanıb

post-img

Bu gün Milli Voleybol Mərkəzində təşkil olanan qadın voleybolçulardan ibarət milli komandanın yeni baş məşqçisi Ataman Güneyligilin təqdimat mərasimində türkiyəli mütəxəssisin müqavilə müddəti ilə bağlı rəsmi açıqlama verilib.

“Xalq qəzeti” xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov məlumat verib. Federasiya rəsmisi bildirib ki, 42 yaşlı məşqçi ilə sövdələşmənin müddəti 3 aylıq nəzərdə tutulub.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman