Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təqdim olundu

post-img

Bu gün Milli Voleybol Mərkəzində qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Ataman Güneyligil ictimaiyyətə təqdim olundu. 

Mərasimdə, həmçinin, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisinin köməkçi təyin olundu. "Xalq qəzeti" xəbər verir ki, bu vəzifəni Gençer Yarkın yerinə yetirəcək. O, yığmada fiziki hazırlıq üzrə məşqçi vəzifəsini icra edəcək.

Qeyd edək ki, Ataman Güneyligil Azərbaycan yığmasına mayın 15-də təyin olunub. 39 yaşlı Gençer Yarkın isə əvvəllər Türkiyənin “Qalatasaray” klubunda eyni vəzifəni icra edib.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"





İdman