"Xalq qəzeti"-"Səs" Media Qrupu-1:1

post-img

Bu gün "Səs" Media Qrupunun təşəbbüsü ilə jurnalistlər arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan mini-futbol üzrə xatirə turniri start götürüb.

Qeyd edək ki, bu gün I dövrənin oyunları çərçivəsində "Xalq qəzeti" komandası "Səs" Media Qrupunun kollektivi üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsi "Səs" Media Qrupun 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Gərgin idman mübarizəsi şəraitində keçən görüşün ikinci hissəsi "Xalq qəzeti" komandasının üstünlüyü şəraitində keçib. Buna baxmayaraq rəqib inamla müdafiə olunub. Lakin ikinci hissənin son saniyələrində "Xalq qəzeti" komandası hesaba tarazlıq gətirib. Rövşən Atakişiyev rəqibin müdafiədəki  kobud səhvindən ustalıqla  yararlanıb. Beləliklə, matç 1:1 hesabı ilə başa çatıb. 

Elçin ABBASOV,
"Xalq qəzeti"



İdman