Bakıda atıcılıq üzrə “Dünya Kuboku-2023”ün açılışı oldu

post-img

Bakı Atıcılıq Mərkəzində “Dünya Kuboku-2023” yarışlarının açılış mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yarışın Azǝrbaycan xalqının ümummilli lideri Heydǝr Əliyevin 100-cü ildönümünə  təsadüf etdiyini vurğuladı.

Fərid Qayıbov qeyd etdi ki, Azǝrbaycan gǝnclǝrinin sağlam hǝyat tǝrzi üçün idmanın inkişafına ǝhǝmiyyǝt verǝn vǝ idmançıları daim dǝstǝklǝyǝn ulu öndərin müstǝqil Azǝrbaycanın beynǝlxalq idman arenasında tanınmasında əvəzsiz xidmətləri olub. O, həmçinin deyib ki, müstəqil Azərbaycanın bu növdə ilk və ən önəmli nailiyyəti, Olimpiya qızıl medalı məhz ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dönəmdə olub. 

Azərbaycan Milli Olimpiya Komitəsinin və Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova çıxış edərək bildirdi ki, ölkəmizdə üçüncü dəfə keçirilən dünya kuboku yarışlarının Azərbaycanda atıcılıq idman növünün inkişafında böyük rolu var. Federasiya rəsmisi, həmçinin dedi ki,  “Paris-2024” Yay Olimpiya Oyunlarında tətbiq olunacaq yeni qaydaların bu gündən etibarən bu yarışda tətbiq ediləcəyini elan olunub. O, Beynəlxalq Atıcılıq İdman Federasiyasına (ISSF) təşkilati işlərdə dəstəyinə görə təşəkkür etdi. 

Ardınca səhnəyə dəvət alan Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının rəsmi nümayəndəsi Hazim Hüsnü ISSF prezidenti Lusiano Rossinin adından yarışları açıq elan etdi. 

Qeyd edək ki, yarışlara dünyanın 66 ölkəsindən 623 idmançı qatılıb. İdmançılar 6 gün ərzində güllə atıcılığının 10 növündə qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Yarışların ilk final oyunları mayın 10-dan başlayacaq.

Elçin AĞAMİRZƏ,

"Xalq qəzeti"

İdman