Bakıda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş atıcılıq üzrə dünya kuboku keçirilir

post-img

Bu gün Bakı Atıcılıq Mərkəzində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş atıcılıq üzrə dünya kuboku yarışının açılış mərasimi keçirildi. Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Atıcılıq Federasiyasının, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionumuz Zemfira Meftahətdinova və Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının İdarə Heyətinin üzvü Fazil Hosni çıxış edirlər.

Mərasimdə bildirildi ki, artıq üçüncü dəfədir ki, Azərbaycan bu mötəbər yarışa ev sahibliyi edir. İkinci dəfədir ki, yarış Bakıda bu məkanda təşkil edilir. Bildirilib ki, idmançılar 10 Olimpiya kateqoriyası üzrə 10 dəst medal uğrunda mübarizə aparırlar.

Açılış mərasimi konsert proqramı ilə davam etdi.

Elçin AĞAMİRZƏ,

"Xalq qəzeti"

İdman