"Qarabağ"dan böyük hesablı qələbə

post-img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub. Turun son qarşılaşmasında "Neftçi" komandası lider "Qarabağ" klubunu qəbul edib. "Bakcell Arena"da keçirilən matçı hakim İnqilab Məmmədov idarə edib.

Gərgin keçən görüşün ilk hissəsi qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın heyətində 10-cu dəqiqədə Ramil şeydayev fərqlənib. 16-cı dəqiqədə isə Leandro Andrade komandasını hesabda irəli çıxarıb. İlk hissənin sonlarına yaxın (40-cı dəqiqə) "Neftçi"nin futbolçusu Mateus Saldanya vurulan qollardan birinin əvəzini çıxıb.

Qarşılıqlı hücumlar əsasında keçən matçın ikinci hissəsinə Ağdam təmsilçisi daha fəal başlayıb
Belə ki,  54-cü dəqiqədə Mateus Saldanyanın avtoqoıu sayəsində "Qarabağ" hesab arasındakı fərqi 3:1-ə çatdırıb. Lakin ruhdan düşməyən "Neftçi" 64-cü dəqiqədə Emin Mahmudovla hesab arasındakı fərqi yenidən azaldıb-2:3. Lakin 80-ci dəqiqədə Abdullah Zubir yenidən "Qarabağ"ı hesabda bir qədərdə ilə çıxarıb. O komandasının 4-cü qolunun müəllifi olub. 

Beləliklə, "Neftçi"-"Qarabağ" matçı 2:4 hesabı ilə yekunlaşıb.
Bu oyundan sonra lider  "Qarabağ" aktivindəki xalların sayını 81-ə çatdırıb. Üçüncü yerdəki  "Neftçi"nin isə hesabında 61 xalı var. 

Qeyd edək ki, XXXII turun digər  matçlarında  "Kəpəz"-"Sumqayıt" (0:1), "Sabah-"Şamaxı" (1:0), "Qəbələ"-"Səbail" (4:2), "Zirə"-"Turan Tovuz" (1:3) hesabları qeydə alınıb.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman