Formula 1: "Williams"ın pilotu Loqan Sarjent sprint yarışına qatılmayıb

post-img

Təsnifatda qəza törədən "Williams" komandasının pilotu Loqan Sarjentin bolidi hazır olmadığı üçün sprint yarışına qatılmayıb. "Alpine" qapalı park rejimini pozduğu üçün Esteban Okon pit-leyndən yarışa start verib.

Yürüş iştirakçıları 30 dəqiqə ərzində 6 kilometrlik Bakı şəhər halqasında yarışırlar. İlk səkkiz pillədə qərarlaşan pilotlar xal qazanacaqlar.

Formula 1 üzrə dünya çempionatının cari mövsümü 24 mərhələdən ibarətdir. Qran-Prinin dördüncü mərhələsinə Bakı ev sahibliyi edir. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.

İdman