“Alpha Tauri” komandasının pilotu Yuki Tsunoda Formula 1 Azərbaycan Qran-Prisinin sprint yarışında mübarizəni dayandırıb.
Belə ki, pilotun bolidində nasazlıq yaranıb və təkər maşından ayrılıb.
Yürüş iştirakçıları 30 dəqiqə ərzində 6 kilometrlik Bakı şəhər halqasında yarışırlar. İlk səkkiz pillədə qərarlaşan pilotlar xal qazanacaqlar.
Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.

