“Formula 1”in prezidenti: Azərbaycanla əlaqələrimizi genişləndirməkdən şadıq

post-img

Azərbaycanla əlaqələrimizi genişləndirməkdən şadıq. Birgə inkişafı davam etdirməyi səbirsizliklə gözləyirik.

AZƏRTAC xəbər verir ki, bunu "Formula 1"in prezidenti Stefano Domenikali Azərbaycan Qran-Prisi ilə müqavilənin uzadılması ilə bağlı danışarkən deyib.

Əlli səkkiz yaşlı funksioner Bakı Şəhər Halqasının "Formula 1" üçün çox məşhur məkana çevrildiyini bildirib: "Bu həmişə maraqlı yarışa ev sahibliyi edən inanılmaz trasdır".

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran-Prisi ilə müqavilənin müddətini 2026-cı ilədək uzadıb.

İdman