“Ferrari” komandasının pilotları Bakıda azarkeşləri ilə görüşüblər

post-img

Formula 1 üzrə dünya çempionatında çıxış edən “Ferrari” komandasının pilotları Şarl Lekler və Karlos Sayns Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda fanatları ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə yüzlərlə azarkeş iştirak edib.

Məşhur idmançılar bu görüşün onlar üçün xoş olduğunu söyləyiblər. Pilotlar daha sonra azarkeşlərə avtoqraf veriblər.

Qeyd edək ki, bu gün Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində sprint yarış təşkil olunacaq.

İdman