Xalq artisti Aftandil İsrafilov vəfat edib

post-img

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Aftandil İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. 

O, dinləyicilərin qəlbində silinməz izlər buraxmış ”Zemfira”, “Kəmalə”, “Nazilə”, "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.

Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Allah rəhmət eləsin!

 

Son xəbərlər