Futbol üzrə Azərbaycan kuboku yarışlarında ilk finalçı müəyyənləşib. Belə ki, dünən turnirin yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” klubu “Turan Tovuz” komandasını sınağa çəkib.
“Bakcell Arena”da keçirilən görüş “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin qollarını Emin Mahmudov və Kenni Sayef vurublar.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyun “Turan Tovuz”un minimal hesablı qələbəsi ilə yekunlaşmışdı – 1:0.
Qeyd esək ki, digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Görüş bu gün saat 20:00-da baş tutacaq.
Elçin ABBASOV,
"Xalq qəzeti"