Arkadi Dvorkoviç: Tarixin ən məhsuldar turnirlərindən birini izləyirik

post-img

Qazaxıstanın paytaxtı Astanada dünya Şahmat Tacı uğrunda turnir davam edir. Turnirlə bağlı görüşlərini mətbuata açıqlayan Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç Yan Nepomnyaşi ilə Dinq Liren arasında keçirilən oyunların məhsuldar alındığını bildirib. “Championat.com”un məlumatına görə, FİDE prezidenti bunu, ümumilikdə, klassik şahmatın əvvəlki şöhrətini yenidən qazanması kimi qiymətləndirib. 

A.Dvorkoviç deyib: “Bu qarşılaşma artıq tarixə düşüb. Deyə bilərəm ki, tarixin ən məhsuldar şahmat turnirlərindən birini izləyirik. Bilirik ki, indiyədək Botvinnikin görüşləri və ya Fişerlə Spasski arasında “Tac” uğrunda qarşılaşmalarda da məhsuldarlıq qeydə alınıb. Lakin burada ssenari tam fərqlidir. Belə ki, son illər internet üzərində sürətli şahmat populyarlıq qazanmışdı. Artıq klassik şahmat əvvəlki əzəmətini geri qaytarır. Təbii ki, burada Astanada üz-üzə gələn qrossmeysterlərin böyük əməyi var”.

A.Elçin,

“Xalq qəzeti”

İdman