Süleyman Süleymanlı dünya ikincisi oldu

post-img

Yunanıstanın Rodos şəhərində təşkil edilən şahmat üzrə məktəblilər arasında dünya çempionatına yekun vurulub. Azərbaycan Şahmat Federasiyasından “Xalq qəzeti”nə bildirib ki, dünya çempionatına ölkəmizi  təmsil edən  Süleyman Süleymanlı 17 yaşa qədər məktəblilərin yarışında gümüş medalını qazanıb. Həmyerlimiz 7 xalla yaşıdları arasında ikinci olub. Bu yaş kateqoriyasında 7,5 xal toplayan Adar Tarhan (Türkiyə) qalib adını qazanıb. Rumıniya təmsilçisi Andrey Filip 6,5 xalla bürünc medala layiq görülüb.

Qeyd edək ki, mötəbər yarışda 51 ölkə iştirak edib.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman