“Gəncə” Bakıda qələbə qazanıb

post-img

Azərbaycan Basketbol Liqasın­da XXVI tura start verilib. Turun ilk matçında “Neftçi” və “Gəncə” komandaları üz-üzə gəliblər. “Sər­hədçi” İdman Mərkəzində keçirilən görüş olduqca maraqlı alınıb.

Belə ki, “Gəncə”nin əsas oyun­çularından olan Cared Smol son sa­niyədə atdığı “üçlük”lə komandasına 87:86 hesablı qələbə qazandırıb. Bu nəticədən sonra xallarını 45-ə çatdı­ran komanda həm liderliyə yüksəlib, həm də “pley-off”a vəsiqəni təmin edib.

Ən məhsuldar basketbolçular “Neftçi”dən Mohsen Moradxani (23 xal, 8 ribaund), “Gəncə”dən isə Kollin Törner (24 xal, 9 asist) olublar.

Turun digər “Sabah” – “NTD”, “AAAF Xırdalan” – “Sərhədçi” və “Zir­və Astara” – “Olimpik Şəki” matçları aprelin 15-i və 16-da keçiriləcək.

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman