Aprelin 8-də Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında Avropa Kuboku yarışları start götürəcək. Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, turnirdə 39 ölkədən 948 idmançı iştirak edəcək.
Ölkəmiz yarışda 14 çəki dərəsində 20 oğlan və 8 qız cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və gənc qızlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcəklər.
İdmançılarımız 10-11 aprel tarixlərində Teplitsedə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

