BOKSÇULARIMIZ BOLQARISTANDA HAZIRLAŞIRLAR

post-img

Kişi boksçulardan ibarət Azər­baycan milli komandası Bolqarıs­tana yollanıb. Baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdulla­yev və Etibar Abdullayevin rəhbər­liyi altında yığmanın 15 idmançısı Sofiyada təlim-məşq toplanışına qatılacaq. 

Azərbaycan Boks Federasiya­sından qəzetimizə verilən məlumata görə, hazırlıqda Tural Sarıyev (48 kq), Məsud Yusifzadə, Nicat Hüsey­nov (hər ikisi 51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Rəşid Həsənov, Sərxan Əli­yev (hər ikisi 71 kq), Mirşərif Kazım­zadə, Kamran Şahsuvarlı (hər ikisi 75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Do­minqes (92 kq) və Məhəmməd Ab­dullayev (+92 kq) iştirak edəcəklər.

Yığmamız Bolqarıstanda toplanı­şı ev sahibləri, Moldova, Fransa, İor­daniya və Rumıniya milliləri ilə birgə keçəcək. Məşqlərdə sınaq döyüşləri­nin keçirilməsi də nəzərdə tutulub.

Təlim-məşq toplanışı aprelin 23-dək davam edəcək.

Qeyd edək ki, məşqlər dünya çempionatına hazırlıq məqsədi daşı­yır. Yarışlar mayın 1-14-də Özbəkis­tanın paytaxtı Daşkənddə olacaq.

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman