GÜNAY MƏMMƏDZADƏ DÜNYA YIĞMASINA DƏVƏT OLUNUB

post-img

Aprelin 17-dən 19-dək Qazaxıs­tanın paytaxtı Astanada şahmatın blitz növü üzrə Qazaxıstan koman­dası ilə dünya yığması arasında yoldaşlıq görüşü keçiriləcək. 

Görüş aprelin 7-dən mayın 1-dək Astanada keçiriləcək Dinq Lirenlə Yan Nepomnyaşiy arasında şahmat tacı uğrunda oyuna həsr olunacaq. 

FIDE tərəfindən dünya yığmasına Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə də dəvət olu­nub. Həmyerlimizlə yanaşı dünya ko­mandasında Hou Yufan, Nana Dzaq­nidze və digər tanınmış şahmatçılar çıxış edəcək.

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman