ŞAHMATÇILARIMIZ AQZAMOV MEMORIALINDA

post-img

Özbəkistanın paytaxtı Daş­kənddə şahmat üzrə Aqzamov memorialı start götürüb. Bu barə­də Azərbaycan Şahmat Federa­siyasının mətbuat xidmətindən qəzetimizə bildirilib ki, turnirdə ölkəmizin iki şahmatçısı – Misrət­din İsgəndərov və Vüqar Rəsulov mübarizə aparırlar.

Aprelin 12-dək davam edəcək ya­rışda 63 şahmatçı birincilik uğrunda yarışacaq. Turnirin reytinq favoriti yerli idmançı Şamsiddin Vohidovdur. 

Qeyd edək ki, ümumilikdə, me­morialda 11 ölkədən şahmatçılar iş­tirak edirlər.

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman