Bir evimiz də Torontoda açıldı

post-img

Kanadanın Ontario vilayətinin Toronto şəhərində Azərbaycan Evinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirə moderatorluq edən Kana­danın keçmiş multikulturalizm naziri və sabiq parlament üzvü Toni Ruprext Azərbaycan Evinin milli mədəniyyətin qorunub saxlanılması, gənc nəslə ötü­rülməsi baxımından önəmini vurğula­yıb.

Sonra Diasporla İş üzrə Dövlət Ko­mitəsinin sədri Fuad Muradov Kanada­da Azərbaycan Evinin açılması müna­sibətilə soydaşlarımızı təbrik edib, bu hadisəni dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqətinin və qayğısı­nın təzahürü kimi qiymətləndirib. Ko­mitə sədri həmçinin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə Onta­rio əyalətində geniş məlumatlandırma kampaniyası apardıqlarına və irimiq­yaslı aksiyalar təşkil etdiklərinə görə icma üzvlərinə minnətdarlığını bildirib.

Son xəbərlər