Bakıda yeniyetmə boksçular arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir davam edir. Boks Mərkəzində keçirilən yarışın ikinci günündə 7 çəki dərəcəsində 19 döyüş keçirilib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən aldığımız məlumata görə, bu qarşılaşmalardan 18-i dörddəbir final mərhələsi çərçivəsində baş tutub. Görüşlərin yekununa əsasən yarımfinala vəsiqə əldə edən boksçular bəlli olub. 48 kq çəkidə isə finalçının adına aydınlıq gətirilib.
Azərbaycan boksçularından 4-ü yarımfinala yüksəldiyi halda, 1-i həlledici görüşdə iştirak hüququ qazanıb.
Turnirin üçüncü günündə daha 19 görüşün keçiriləcəyi bildirilib.
Qeyd edilir ki, 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın final döyüşləri aprelin 1-də keçiriləcək.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”